PFL 12 yaşında

22:57 - 2 İyul 2020

Azərbaycan Peşəkar Futbol Liqasının 12 yaşı tamam olur. Ramin Musayevin rəhbərlik etdiyi təşkilat 2008-ci ildə yaradılıb.

 

Premyer Liqa, I Divizion və Azərbaycan Kubokunu təşkil edən qurumun yaradılmasından sonra ölkə çempionatına bir sıra yeniliklər gətirilib. Bu qurumun fəaliyyətə başlamasından sonra Premyer Liqa UEFA reytinqində yüksəlib, hər il Azərbaycan Kubokunun finalı maraqlı şouya çevirilib.

 

Azərbaycan klublarının avrokuboklardakı ən böyük uğurları da PFL-in fəaliyyət dövrünə təsadüf edir. Bu müddətdə "Qarabağ" Çempionlar Liqasının, "Neftçi" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirib.

Xəbər xətti