"Leyptsiq"də yeni hücumçu

11:37 - 9 İyul 2020

Almaniyanın "Leyptsiq" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Avstriyanın "Zaltsburq" klubunun hücumçusu Hvanq Hi-Çanı transfer edib. Cənubi koreyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Leyptsiq" bu keçid üçün 9 milyon avro təzminat ödəyib.

 

24 yaşlı futbolçu ötən mövsüm 40 oyunda 16 qol vurub, 22 assist edib.

Xəbər xətti