Fəhmin Muradbəyli "Neftçi"yə qayıtdı

22:10 - 10 İyul 2020

"Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli komandaya qayıdıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin "Səbail” klubu ilə icarə müqaviləsi başa çatıb.

 

Növbəti mövsümün hazırlığını "ağ-qaralar"ın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illər ərzində "Neftçi”nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.

Xəbər xətti