AFFA-ya Avropa nümunəsi: əksər yığmaları yerli məşqçilər çalışdırır

15:46 - 11 İyul 2020

Milli komandaların daha çox yerli məşqçilərə tapşırılması daha çox rast gəlinir. Yerli məşqçilər öz ölkəsinin futboluna, oyunçularına, mentalitetinə daha yaxından bələd olur və federasiyalar xaricdən mütəxəssis gətirməyi düşünmürlər.

 

Ancaq Azərbayacanda belə deyil. Millini yerli məşqçiyə həvalə etmək istəməyən AFFA italiyalı mütəxəssis Canni De Byazi ilə razılaşdı.

 

Avropada da yaşanan bu prosesi araşdırdıq. UEFA-nın tərkibində olan 55 yığmadan 31-ni yerli mütəxəssislər çalışdırır.

 

Ən çox tələbat olan əcnəbi məşqçilər siyahısına italyanlar başçılıq edir. Avropanın 6 yığması italiyalı mütəxəssislərə tapşırılıb. Yəqin ki, Avropada italiyalılara olan güvəni görən federasiya bu yolla getməyi qərara alıb. Uğurlu işin alınması üçün sistem düzgün təşkil edilməlidir, ancaq AFFA uzun illərdir ki, yanlış siyasətlə ölkədə futbolu inkişaf etdirməkdə acizdir.

 

Azərbaycan - Canni De Byazi (İtaliya)
Albaniya - Edoardo Reya (İtaliya)
Andorra - Luis Alvares Koldo (Andorra)
Ermənistan - Xoakin Kaparros (İspaniya)
Avstriya - Franko Foda (Almaniya)
Belarus - Mixail Marxel (Belarus)
Belçika - Roberto Martines (İspaniya)
Bosniya və Herseqovina - Duşan Bayeviç (Bosniya və Herseqovina)
Bolqarıstan - Georgi Dermenciyev (Bolqarıstan)
Xorvatiya - Zlatko Daliç (Xorvatiya)
Kipr - Yoxan Valem (Belçika)
Çex Respublikası - Yaroslav Şilqaviy - (Çex Respublikası)
Danimarka - Kasper Hyulmand (Danimarka)
İngiltərə - Qaret Sautqeyt (İngiltərə)
Estoniya - Karel Volayd (Estoniya)
Farer adaları - Hakan Erikson (İsveç)
Finlandiya - Markku Kanerva (Finlandiya)
Fransa - Didye Deşam (Fransa)
Gürcüstan - Vladimir Vays (Slovakiya)
Yunanıstan - Con Vant Sxip (Niderland)
Almaniya - Yoahim Löv (Almaniya)
Cəbəllütariq - Xulio Sezar Ribas (Uruqvay)
Macarıstan - Marko Rossi (İtaliya)
İslandiya - Erik Hamren (İsveç)
İsrail - Boşdur
İtaliya - Roberto Mançini (İtaliya)
Qazaxıstan - Mixal Bilek (Çex Respublikası)
Kosovo - Bernar Şalland (İsveçrə)
Latviya - Dayniz Kazakeviç (Latviya)
Lixtenşteyn - Helqi Kolvidsson (İslandiya)
Litva - Valdas Urbonas (Litva)
Lüksemburq - Lyuk Holts (Lüksemburq)
Malta - Devis Manca (İtaliya)
Moldova - Engin Firat (Türkiyə)
Monteneqro - Faruk Hacibeqiç (Bosniya və Herseqovina)
Niderland - Ronald Kuman (Niderland)
Şimali Makedoniya - İqor Angelovski (Şimali Makedoniya)
Şimali İrlandiya - Yan Bereklaf (İngiltərə)
Norveç - Lars Laqerbek (İsveç)
Polşa - Jerj Bjençek (Polşa)
Portuqaliya - Fernandu Santuş (Portuqaliya)
Rumıniya - Mirel Radoy (Rumıniya)
Rusiya - Stanislav Çerçesov (Rusiya)
İrlandiya - Stiven Kenni (İrlandiya)
San Marino - Franko Varella (İtaliya)
Şotlandiya - Stiv Klark (Şotlandiya)
Serbiya - Lyubişa Tumbakoviç (Serbiya)
Slovakiya - Pavel Hapal (Çex Respublikası)
Sloveniya - Matyaj Kek (Sloveniya)
İspaniya - Luis Enrike (İspaniya)
İsveç - Yanne Andersson (İsveç)
İsveçrə - Vladimir Petkoviç (Bosniya və Herseqovina)
Türkiyə - Şənol Günəş (Türkiyə)
Ukrayna - Andrey Şevçenko (Ukrayna)
Uels - Rayan Giqqz (Uels).

Xəbər xətti