Millinin keçmiş üzvü Almaniya klubunda

12:12 - 16 İyul 2020

Azərbaycan millisinin keçmiş üzvü Toğrul Eratın yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın “Rot-Vayss” klubuna keçib. Regional liqa klubu futbolçu ilə 1 illik müqavilə imzalayıb.

 

Toğrul Oberhausen təmsilçisində 17 nömrəli formanı geyinəcək. Erat Azərbaycanın əsas millisində 4 oyun keçirib.

Xəbər xətti