Mbappedən PSJ-yə pis xəbər

Fransa kubokunun finalında "Sent-Etyen"lə matçda ağır zədə alan PSJ-nin hücumçusu Kilian Mbappenin durumu ciddidir.

 

Sportal.az xəbər verir ki, tibbi müayinədən keçən 21 yaşlı hücumçunun ayaq biləyində ciddi boşalma aşkarlanıb. Klubun saytı gənc futbolçunun 3 həftə yaşıl meydanlardan kənar qalacağını açıqlayıb.

 

Fransalı futbolçu avqustun 12-də Çempionlar Liqasının 1/4 finalında PSJ-nin "Atalanta" ilə üz-üzə gələcəyi matçda iştirak etməyəcək.

Tarix: 28 İyul [12:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio