"Bayern" "Liverpul"un almaq istədiyi futbolçuya qiymət qoydu

"Bayern" adı "Liverpul"la hallanan yarımmüdafiəçisi Tyaqo Alkantaraya qiymət qoyub.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi ispaniyalı yarımmüdafiəçini 30 milyon avroya satmağa hazırdır. "Liverpul" 29 yaşlı futbolçu üçün bu məbləği ödəsə, transfer baş tutacaq.

 

Alkantaranın "Bayern"lə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Bundesliqa klubu futbolçunu 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib. Tyaqo "Bayern"də 231 oyun keçirib, 31 qol vurub və 37 assist edib.

 

Tarix: 29 İyul [15:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio