La Liqa De Byaziyə uğurlar arzuladı - FOTO

23:58 - 30 İyul 2020

İspaniya La Liqasının "Facebook" səhifəsi Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byaziyə işində uğurlar arzulayıb.

 

Sportal.az xəbər verir ki, paylaşılan postda qeyd edilib:

 

"La Liqa komandalarının keçmiş baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edirik. Təbriklər, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası!"

 

Federasiya bu gün italiyalı mütəxəssislə rəsmi sözləşmə bağlayıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

 

64 yaşlı mütəxəssis İspaniyada "Levante" və "Alaves" klublarını çalışdırıb.

 

 

Xəbər xətti