Rəşad Sadıqov "Zirə" formasında - FOTO

00:15 - 1 Avqust 2020

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə təlim-məşq toplanışı çərçivəsində sabiq klubu "Qarabağ"ın yoxlama oyununu izləyib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis yeni komandasının baş məşqçi formasında Ağdam klubunun "Neftçi" ilə görüşünü Qəbələ şəhər stadionunda canlı izləyib.

 

Qarşılaşma ağdamlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Foto: "Futbol +"

Xəbər xətti