Burak Yılmaz "Lill"də

14:09 - 1 Avqust 2020

"Lill" "Beşiktaş"dan ayrılan Burak Yılmazı transfer edib.

 

Sportal.az xəbər verir ki, Fransa klubu 35 yaşlı hücumçu ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.

 

Burak 2018-ci ildən "Qara qartallar"da çıxış edirdi. Türkiyə millisinin üzvü başa çatan mövsüm Super Liqada keçirdiyi 25 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər xətti