Eddi Hau "Bornmut"dan ayrıldı

"Bornmut"un baş məşqçisi Eddi Hau klubdan ayrılıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 42 yaşlı mütəxəssis rəhbərlikdən müqaviləsinin pozulmasını xahiş edib. Klub ingilis çalışdırıcının istəyini nəzərə alıb və sözləşməyə xitam verib.

 

Eddi Hau futbolçu kimi "Bornmut"da yetişib və karyerasını bu klubda bitirib. O, baş məşqçi kimi də bu komandada işə başlayıb. Hau 2008-2011-ci illərdə də "gilaslar"ı çalışdırıb.

 

2011/12 mövsümündə "Börnli"də işləyən mütəxəssis 1 il sonra komandaya qayıdıb. "Bornmut" Haunun rəhbərliyi ilə 2013-cü ildə Çempionşipə, 2015-ci ildə isə Premyer Liqaya vəsiqə qazanıb. Komanda bu mövsüm Çempionşipə düşüb.

Tarix: 2 Avqust [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Avqust 2020
10  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio