Əmir Ağayev: "Azərbaycanda oynamasam belə, milliyə dəvət ala bilərəm"

11:55 - 3 Avqust 2020

“Sumqayıt”dan ayrılan Əmir Ağayev one.co.il saytına müsahibə verib. Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Azərbaycan milli komandasına dəvət olunacağınız gözlənilirdi. Buna nə dərəcədə yaxın idiz?

- Mən artıq Azərbaycan millisində idim. Martdakı Lixtenşteyn və Malta ilə yoldaşlıq oyunlarına dəvət almışdım. Amma UEFA üçün lazım olan sənədləri vaxtında çatdıra bilmədim. Vətəndaşlığı dəyişməliydim, çünki daha əvvəl İsrail millisinin olimpiya yığmasında oynamışam. Koronavirus futbolu dayandırdı və heç nə oynaya bilmədim, dəvət də almadım. Mənə dəvət göndərdikləri üçün çox sevinmişdim, amma sonra klub dedi ki, bu baş tutmayacaq.


- Məsələ bağlanıb, yoxsa yenidən dəvət ala bilərsiz?
- Mənə orada dedilər ki, Azərbaycanda oynamasam belə, milliyə dəvət ala bilərəm. Ümid edirəm ki, yenidən mənə dəvət gələr. Bu, mənim üçün əlavə motivasiya ola bilərdi.

 

- Klubdan sizinlə əlaqə saxlayırlar?
- Bəli, hər gün mənimlə danışırlar və mənə uyğun olmayan, daha az maaşla komandada qalmağımı istəyirlər. “Neftçi” klubundan da zəng gəlmişdi və dedilər ki, səni və oyununu bəyənirik, ancaq bu transferin də olacağına inanmıram, hazırda vəziyyət belədir.

 

- Azərbaycan olmasa belə, karyeranızı ölkə xaricində davam etdirmək istəyirsiz?
- Mövcud durumda heç nəyi istisna etmirəm, amma hələ ciddi bir şey yoxdur. İsrailə, Kiprə yaxın bir ölkədə oynamaq istəyirəm. Mən ailəm və dostlarımla birlikdə buradayam. Böyük qızım Bakıya qayıtmaq istəmədiyini və burada qalmaq istədiyini deyir. Ona görə də, daha nə edə bilərəm?

Xəbər xətti