"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşdi - İstanbula gəldi

09:26 - 5 Avqust 2020

Ötən mövsüm Türkiyə Super Liqasında mövsümü 5-ci sırada bitirən "Alanyaspor"un baş məşqçisi Erol Bulut komandadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis "Fənərbaxça" ilə ilkin razılığa gəlib. 45 yaşlı mütəxəssis müqavilə imzalamaq üçün İstanbula yollanıb.

 

Erol Bulut futbolçu kimi 1995-1999-cu illərdə "Fənərbaxça"da oynayıb.

Xəbər xətti