"Mançester Siti" transferlərə 330 milyon avro ayırıb

10:40 - 5 Avqust 2020

"Mançester Siti" transfer fəaliyyətin davam etdirir.

 

Sportal.az "The Athletic" nəşrinə istinadla xəbər verir ki, "şəhərlilər" yeni oyunçuların alınması üçün 330 milyon avro xərcləməyi planlaşdırır.

 

Mançester təmsilçisi "Valensiya"nın vingeri Ferran Torres üçün 23 milyon avro təzminat ödəyib. Premyer Liqa klubu "Bornmut"un müdafiəçisi Natan Ake ilə "Napoli"nin arxa xətt oyunçusu Kalidu Kulibalini də rənglərinə bağlamaq istəyir. Məlumatda "Mançester Siti"nin hücumçu axtarışında da olduğu qeyd edilib.

Xəbər xətti