UEFA-dan yenilik - Azərbaycan klublarının nəzərinə çatdırıldı

Avqustun 9-u Çempionlar Liqası, 1 gün sonra isə Avropa Liqasında 2020/21 mövsümünün püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində keçiriləcək. UEFA koronavirus pandemiyasına görə püşkatmanı onlayn təşkil edəcək. Bu səbəbdən klubların nümayəndələri tədbirə dəvət ediləməyəcək.

 

"Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq.

Tarix: 5 Avqust [11:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2020
24  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio