"Fənərbaxça" yeni baş məşqçisini açıqladı

21:21 - 5 Avqust 2020

"Fənərbaxça" yeni baş məşqçisini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Erol Bulut çalışdıracaq. 45 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Türkiyəli mütəxəssis ötən mövsüm "Alanyaspor"u çalışdırıb. Komanda onun rəhbərliyi ilə Super Liqada 5-ci yeri tutub. Erol Bulut futbolçu kimi 1995-1999-cu illərdə "Fənərbaxça"da oynayıb.

Xəbər xətti