"Qarabağ"ın ÇL-də potensial rəqibləri 4-ə endi

01:35 - 9 Avqust 2020

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib.

 

Sportal.az xəbər verir ki, səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi nisbətən aşağı reytinqli "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks"lə (Şimali Makedoniya) rəqib olacaq.

 

Bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.  

Xəbər xətti