"Qarabağ" "Sampdoriya"nın qapıçısını transfer edir

"Qarabağ" İtaliyanın "Sampdoriya" klubunun qapıçısı Vid Beletsi transfer etməyə hazırlaşır.

 

Sportal.az "Sampdoria news" nəşrinə istinadla xəbər verir ki, Ağdam təmsilçisi sloveniyalı qapıçını almaq istəyən klublardan biridir. Klublar razılığa gəlsə, 30 yaşlı qapıçı karyerasını Azərbaycan çempionunda davam etdirəcək.

 

Sloveniyalı əlcək sahibi ötən mövsümü icarə əsasında Kiprin APOEL klubunda keçirib. O, Nikosiya klubunun heyətində Çempionlar Liqası və Avropa Liqasındakı oyunlarda "Qarabağ"a qarşı oynayıb. Belets ötən mövsüm keçirdiyi 34 oyunda 31 top buraxıb, 16 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

 

"Maribor"un yetirməsi 2010-cu ildə "İnter"ə keçib. Milan təmsilçisində 5 il ərzində rəsmi oyun keçirməyən qapıçı "Krotone", "Olhanense" və "Konyaspor" klublarına icarəyə verilib. Belets İtaliyanın "Karpi" və "Benevento" klublarının da formasını geyinib. 2018-ci ildə "Sampdoriya"ya keçən qapıçının genuyalılarla sözləşməsi 2021-ci il iyunun 30-da bitəcək.

Tarix: 12 Avqust [01:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2020
18  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio