Parexo "Valensiya"nı "Vilyarreal"a dəyişdi

17:17 - 12 Avqust 2020

İspaniyanın "Vilyarreal" klubu növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "sarı sualtı qayıq" "Valensiya"nın yarımmüdafiəçisi Dani Parexonu transfer edib. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Vilyarreal" bu keçid üçün 8 milyon avro təzminat ödəyib.

 

31 yaşlı ispaniyalı futbolçu 2011-ci ildə "Xetafe"dən "Valensiya"ya keçmişdi.

Xəbər xətti