PAOK gürcüstanlı futbolçunu transfer etdi

Yunanıstanın PAOK klubu Tbilisi "Dinamo"sunun futbolçusu Nika Ninuanı transfer edib.

 

Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb. Nikanın illik maaşı 350 min avro olacaq.

 

"Dinamo"nun yetirməsi komandada keçirdiyi 95 oyunda 14 qol vurub. Onun adı bir müddət "Beşiktaş"la hallansa da, futbolçu Yunanıstan klubuna keçib. PAOK Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində məhz İstanbul klubu ilə qarşılaşacaq.

Tarix: 15 Avqust [12:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio