"Barselona"nın yeni baş məşqçisi müəyyənləşdi

17:47 - 17 Avqust 2020

“Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, katalonları bundan sonra Niderland millisinin baş məşqçisi Ronald Kuman çalışdıracaq. 57 yaşlı mütəxəssis danışıqlar aparmaq üçün Barselonya gəlib və klubla müqavilənin şərtlərində razılığa gəlib.

 

O, bu vəzifədə Kike Setyeni əvəz edib. Rəsmi açıqlamanın növbəti həftə elan olunacaq. Təcrübəli mütəxəssisin Niderland millisindən ayrılacağı gözlənilir.

 

Kuman 1989-1995-ci illərdə “Barselona”da çıxış edib. O, 2018-ci ildən Niderland yığmasını çalışdırır.

Xəbər xətti