"Vacib hədəflər uğrunda mübarizə futbolçunu motivasiya edir" - Xayme Romero

23:04 - 19 Avqust 2020

“Qarabağ”ın yarımmüdafiəçisi Xayme Romero AS nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sileks”ə qalib gəldikləri oyundan danışıb:

 

"Sileks"ə vurduğum qol gözəl alındı. Mmüdafiəçinin yaratdığı boşluqdan yararlandım. Filip Ozobiçin ötürməsi də çox yaxşı idi. Böyük klubda oynadığım üçün çox xoşbəxtəm. Bazalar, şəhər... Hər şey əladır. Ötən il ölkə çempionu olduq, Avropa Liqasının qrupunda oynadıq. Burada özümü rahat hiss edirəm. Vacib hədəflər uğrunda mübarizə futbolçunu motivasiya edir".

 

İspaniyalı vinger “Qarabağ”ım Çempionlar Liqasındakı hədəfindən danışıb:

 

“Bizə çətin olacaq. Çünki təsnifat mərhələlərində güclü komandalar olur. Ancaq  məqsəd yolumuza davam etməkdir. Çempionlar Liqasında qrupa düşə bilməsək, Avropa Liqasının qrupunda oynamağa çalışacağıq”.

 

29 yaşlı futbolçu Dani Kintana və Miçelin “Qarabağ”dan ayrılmasına təəssüfləndiyini söyləyib:

 

“Onlarla çox yaxşı anlaşırdım. Məni tək buraxdılar. Xoşbəxtlikdən qardaşım Daniel Romero əvəzedici komandadadır”.

Xəbər xətti