"Keşlə" "Qarabağ"ın futbolçusunu icarəyə götürdü

17:47 - 20 Avqust 2020

“Keşlə” heyətinə yeni oyunçu cəlb edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "qırmızılar" “Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb. 20 yaşlı futbolçu mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcək.

 

 Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 9 matçda meydana çıxıb.

Xəbər xətti