Pepe Reynanın yeni klubu müəyyənləşdi

15:15 - 23 Avqust 2020

Yeni mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "Latsio" heyətini gücləndirib.

 

Sportal.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, Roma təmsilçisi "Milan"ın qapıçısı Pepe Reyna ilə anlaşıb. 37 yaşlı əlcək sahibi 2 illik müqavilə təklifini qəbul edib.

 

Reyna ötən mövsümün ikinci yarısını İngiltərənin "Aston Villa" klubunda keçirib. "Barselona"nın yetirməsi "Vilyarreal", "Liverpul", "Napoli", "Bayern" kimi klublarda çıxış edib. Reyna İspaniya millisi ilə dünya və Avropa çempionu olub.

 

Xəbər xətti