Luis Suares "Yuventus"da

12:26 - 2 Sentyabr 2020

"Barselona"nın futbolçusu Luis Suares "Yuventus"la müqavilənin detallarını razılaşdırıb.

 

Sportal.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, bu tranfer Turin təmsilçisinə pulsuz başa gələcək. Çünki katalonlara 1 illik müqaviləsi qalan uruqvaylı futbolçu sözləşməsini qarşılıqlı razılaşma ilə pozmaq üzrədir.

 

33 yaşlı hücumçu Turin təmsilçisindən ayrılan Qonsalo İquainin yerinə komandaya qoşulacaq. Növbəti həftədə Suaresin "qoca sinyora"ya keçidinin rəsmiləşəcəyi gözlənilir.

 

Suares ötən mövsüm keçirdiyi 36 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.

 

Xəbər xətti