Beyl üsyan etdi: "Real" hər dəfə transferimə mane olur"

12:12 - 3 Sentyabr 2020

"Real"ın futbolçusu Qaret Beyl açıqlama verib.

 

Sportal.az xəbər verir ki, uelsli futbolçu ötən mövsümdən komandadan ayrılmağa çalışdığını, ancaq klubun ona mane olduğunu deyib:

 

"Zaman hər şeyi göstərəcək. Bu transfer dönəmi üçün vaxtımız çoxdur. Ötən il həyəcanlanacağım layihəyə daxil olmağıma klub mane oldu. Gələcəyimlə bağlı istəklərimin baş tutmamasının səbəbi "Real"dır. Hər dəfə ayrılığıma mane olmaq üçün nəsə etdilər. Hələ ki 31 yaşım var və özümü gənc hiss edirəm. Futbola çox şey verə bilərəm. "Real"la müqaviləm var və sözləşməyə əməl etməliyəm. Ümid edirəm ki, nəsə baş verəcək".

 

"Real" Uels millisinin üzvünü 2011-ci ildə "Tottenhem"dən 101 milyon avroya transfer edib.

Xəbər xətti