Azərbaycanla oyunda kapitan "Arsenal"ın futbolçusu olacaq

12:43 - 7 Sentyabr 2020

21 yaşadək futbolçulardan ibarət Fransa millisinin Azərbaycana qarşı keçirəcəyi matçda kapitanı müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, "Lion"un yarımmüdafiəçisi Jeff Ren-Adelaidi zədə səbəbindən matçın iştirakçısı olmayacaq. Kapitan səfərdə Gürcüstana qalib gəldikləri oyunda (2:0) zədələnib.

 

Onun yoxluğunda komandanın kapitanı London "Arsenal"ında çıxış edən Matteo Gündüzi olacaq

 

Bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq. 

Xəbər xətti