Nicatın qolu yetərli olmadı

Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Nicat Qurbanovun çıxış etdiyi “Samtredia” öz meydanında Kutaisi “Torpedo”suna 1:2 hesabı ilə uduzub.

 

Nicat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 64-cü dəqiqədə penaltidən Qurbanov vurub. Bununla da o, bu mövsüm vurduğu qolların sayını 4-ə çatdırıb.

 

“Samtrediia” 9 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Tarix: 14 Sentyabr [14:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio