"Qarabağ" "Mölde"yə penaltilərdə uduzdu - VİDEO

00:25 - 17 Sentyabr 2020

"Qarabağ" bu gün Çempionlar Liqasında III təsnifat mərhələsində Norveçin "Molde" klubu ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilib. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qalib gələn Norveç klubu pley-offa yüksəlib.

 

"Qarabağ" mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

 

"Qarabağ" - "Molde" - 0:0 (əlavə vaxt)  (Penaltilər: 5:6)

Qeyri-dəqiq penalti: Etzaz Hussain, 102 ("Molde")

 

 

 

Xəbər xətti