"Beşiktaş" keçmiş futbolçusunu qaytardı

17:43 - 17 Sentyabr 2020

"Beşiktaş" "Yeni Malatyaspor"la müqaviləsini pozan Gökhan Törəni heyətinə qatıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı futbolçu ilə 1+1 illik razılığa gəlib.

 

Gökhan Törə 2019-cu ilin yayında "Beşiktaş"dan ayrıldıqdan sonra "Yeni Malatyaspor"a keçmişdi. Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 28 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti