İquain MLS klubu ilə müqavilə imzaladı

17:33 - 18 Sentyabr 2020

"Yuventus"dan ayrılan Qonsalo İquain karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu MLS təmsilçisi "İnter Mayami" ilə müqavilə bağlayıb. O, yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

 

İquain 2016-cı ildə 94 milyon avro qarşılığında "Napoli"dən "qoca sinyora"ya keçmişdi. 32 yaşlı futbolçu Turin klubunda keçirdiyi 149 oyunda 66 qol vurub, 16 məhsuldar ötürmə edib.

Xəbər xətti