Qəbələdə sülh, "Sumqayıt" "Səbail"ə qalib gəldi - YENİLƏNİB

21:15 - 19 Sentyabr 2020

Azərbaycan Premyer Liqasında III tura start verilib.

 

Sportal.az xəbər verir ki, "Qəbələ" evdə "Keşlə"ni qəbul edib. Matçda hesab açılmayıb.

 

Günün ikinci görüşündə "Sumqayıt" "Səbail"i qonaq edib. 2:1 hesabı ilə qalib gələn "Gənclik şəhəri" təmsilçisi xallarının sayını 6-ya çatdıraraq azı 1 günlük liderliyi ələ keçirib. 3-cü oyununda da uduzan "Səbail" isə sonuncu sıradadır.

 

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

 

17:00 "Qəbələ" - "Keşlə" - 0:0

Qırmızı vərəqə: Nikolas Raysel, 67 ("Qəbələ")

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Qəbələ şəhər stadionu.

 

19:15 "Sumqayıt" - "Səbail" - 2:1

Qollar: Süleyman Əhmədov, 9, Əli Qurbani, 32- Rauf Əliyev, 21

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

"Kapital Bank Arena".

Xəbər xətti