"Barselona" "Mançester Siti"nin futbolçusunu transfer edir

"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya "Barselona"ya keçmək üzrədir.

 

Sportal.az " El Chiringuito"ya istinadla xəbər verir ki, katalonlar 19 yaşlı futbolçunun keçidini 18 milyon avroya həll edəcək.

 

İspaniyalı futbolçu bu gün "şəhərlilər"in Premyer Liqada "Vulverhempton"a qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.

 

Qarsiyanın Mançester təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatır. O, 2017-ci ildə 1,7 milyon avro qarşılığında "Barselona"nın akademiyasından "Mançester Siti"yə keçib. Qarsiya ötən mövsüm əsas komandada 17 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Tarix: 21 Sentyabr [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio