"Barselona"dan "Vilyarreal"a keçdi

14:38 - 22 Sentyabr 2020

"Vilyarreal" "Barselona"nın müdafiəçisi Xorxe Kuenkanı transfer edib.

 

Sportal.az xəbər verir ki, "sarı sualtı qayıq" bu keçid üçün 2,5 milyon avro+bonuslar ödəyib. 20 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Barselona" növbəti transferdən 20 faiz pay götürəcək. Bundan əlavə, katalonlar ispaniyalı futbolçunu geri qaytarmaq hüququna da malikdir.

 

Kuenka 2017-ci ildə "Alkorkon"dan "Barselona"nın akademiyasına keçmişdi.

Xəbər xətti