"Mançester Yunayted"ə keçməyə qərar verdi

"Mançester Yunayted" və PSJ-nin transfer hədəfində olan "Portu"nun müdafiəçisi Aleş Telleş qərarını verib.

 

Sportal.az "The Guardian"a istinadla xəbər verir ki, 27 yaşlı futbolçu "qırmızı şeytanlar"a keçməyə qərar verib. Mançester təmsilçisi braziliyalı futbolçunun keçidi üçün "əjdahalar"a 25 milyon avro təklif edib. Əgər transfer rəsmiləşsə, Telleşin illik maşı 4,25 milyon avro olacaq.

 

"Portu" sol cinah müdafiəçisini 2016-cı ildə "Qalatasaray"dan 6,5 milyon avroya transfer edib. Telleş ötən mövsüm 49 oyunda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

Tarix: 22 Sentyabr [15:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio