"Vulverhempton" "Barselona"nın müdafiəçisi Nelson Semedunu transfer edib.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, "canavarlar" portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
Premyer Liqa təmsilçisi bu keçid üçün 30 milyon avro təzminat ödəyib. Daha 10 milyon avro isə bonuslar şəklində veriləcək.
Katalonlar Semedunu 2017-ci ildə "Benfika"dan 30 milyon avroya transfer edib. 26 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm 21 oyun keçirib.
saytlarin hazirlanmasi