"Hər gün 8-10 km gəzirəm" - 70 yaşlı Venger

İngiltərənin "Arsenal" klubundan ayrıldıqdan sonra baş məşqçi fəaliyyətini dayandıran Arsen Venger açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "The Guardian"a danışan 70 yaşlı mütəxəssis indiki həyatından danışıb:

 

"Hazırda futboldan uzaq düşmüşəm. Hər gün kitab oxuyur, fərqli idmanla məşğul oluram. Bunlar mənim başımı qatır. Hər gün mütləq 8-10 km gəzirəm. "Arsenal"dan ayrılandan sonra xeyli səyahət etdim. İndi üzərimdə məsuliyyət yoxdur. Yemək yeyəndən dərhal sonra ayağa qalxıb, iş üçün yollanmıram. Əvvəl isə belə deyildi, stress altında idim. Özüm üçün zaman azadlığını kəşf etmişəm. Heç bunun nə məna kəsb etdiyini də bilmirəm. Ancaq yaxşı duyğudur".

 

Fransalı mütəxəssis 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırırıb. O, "topçular"a 3 Premyer Liqa, 7 Federasiya kuboku və 7 dəfə də super kuboku qazandırıb.

Tarix: 23 Sentyabr [16:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio