Almaniyanın "Bayer" klubu "Atletiko"nun müdafiəçisi Santyaqo Ariası transfer edib.
Sportal.az xəbər verir ki, leverkuzenlilər bu keçid üçün 13 milyon avro təzminat ödəyəcək. 28 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik razılıq əldə edilib.
Madrid klubu kolumbiyalı futbolçunu 2018-ci ilin yayında PSV-dən 11 milyon avroya transfer edib.
Tarix: 24 Sentyabr [18:50]
|
|
Müəllif: Sportal.az
|