"Fənərbaxça" Samattanın transferini açıqladı

12:58 - 25 Sentyabr 2020

"Fənərbaxça" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Aston Villa"nın hücumçusu Mbvana Samattanı 1 illik icarəyə götürüb. "Sarı-lacıvərdlilər" 27 yaşlı futbolçunu mövsümün sonunda 6 milyon avroya birdəfəlik transfer edəcək. Bundan əlavə, Türkiyə klubu icarə haqqı üçün 750 min avro ödəyib.

 

Samattanın illik məvacibi 2 milyon 750 min avro olacaq.

 

Birmingem təmsilçisi Tanzaniya yığmasının hücumçusunu 2020-ci ilin yanvarında "Genk"dən 10,5 milyon avroya transfer edib.

Xəbər xətti