"Atletiko" Suaresi təqdim etdi

21:10 - 25 Sentyabr 2020

"Atletiko" "Barselona"nın futbolçusu Luis Suaresi transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayıb. "Hindular" uruqvaylı futbolçunun keçidinə görə 6 milyon avro təzminat ödəyib. Təcrübəli forvardın performansına görə qarşı tərəfə bonuslar da ödənəcək.

 

Hücumçu madrirdlilərdə 9 nömrəli formada mübarizə aparacaq.

 

Suares ötən mövsüm "Barsa"da keçirdiyi 36 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.

 

 

Xəbər xətti