"Srvena Zvezda" Ermənistana gəlməkdən imtina etdi - UEFA oyunun yerini dəyişir

10:18 - 28 Sentyabr 2020

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Ararat" (Ermənistan) - "Srvena Zvezda" (Serbiya) matçının yeri dəyişdiriləcək.

 

Sportal.az xəbər verir ki, Serbiya klubu Ermənistanın səfərbərlik elan etməsinə görə İrəvana gəlməkdən imtina edib. Belqrad klubu bu barədə UEFA-nı məlumatlandırıb. Erməni klubu da təhlükəsizliyə təminat vermədiyi üçün qitə qurumu matçı neytral meydana salacaq.

 

Azərbaycan ordusu erməni işğalında olan bir neçə kəndi və Murovdağda yüksəkliyi işğaldan azad edib. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

Xəbər xətti