Prezidentin tvitləri "Azersun Arena"da - FOTOLAR

16:30 - 17 Oktyabr 2020

Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" "Qəbələ"ni qəbul edir.

Sportal.az xəbər verir ki, Ağdam klubu öz stadionunda maraqlı addım atıb. "Qarabağ" Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi ilə bağlı tvitter sosial şəbəkəsindəki paylaşımlarını bannerlər şəklində stadionda yerləşdirib.

Bundan başqa, komandalar meydana "Əmrinizdəyik, Cənab Ali Baş Komandan!" pankartı və Gəncədəki terrora aid xüsusi maskalarla çıxıb.



Xəbər xətti