Azərbaycanın mövqeyi dəyişmədi

13:48 - 23 Oktyabr 2020

Avropa Liqasında ötən gün keçirilən matçlardan sonra UEFA reytinqi açıqlanıb.

Sportal.az xəbər verir ki, cədvəldə bəzi dəyişikliklər olsa da, bu, Azərbaycandan yan keçib. Yeganə təmsilçimiz "Qarabağ" İsraildə "Makkabi"yə uduzduğundan ölkəmizin əmsalı dəyişməz qalıb.

Hesabında 16,625 xal olan Azərbaycan 26-cı pillədə qalıb.

Cədvəlin ilk pilləsində 82,569 xala malik İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cü sıradadı. 

Xəbər xətti