Lippi karyerasını başa vurdu

İtaliya millisinin sabiq çalışdırıcısı Marçello Lippi məşqçilik karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, bu barədə 72 yaşlı mütəxəssis açıqlamasında bildirib: “Məşqçiliyə qəti olaraq son qoymuşam. Ancaq futbolun içində digər vəzifələrdə çalışa bilərəm. Ancaq yaza qədər heç işləməyəcəm".

1982-ci ildən məşqçilik edən Lippi karyerası ərzində "Siena", "İnter", "Napoli" və digər İtaliya klublarında çalışıb. Lippi 2016-cı ildə İtaliya millisi ilə dünya çempionu olub. “Yuventus”la iki dəfə İtaliya çempionu olub və bir Çempionlar Liqasının baş mükafatını qazandırıb. İtaliyalı mütəxəssisin son iş yeri Çin millisi (2016-2019) olub.

Tarix: 24 Oktyabr [11:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2020
2  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio