Nağıyevin komandasından heç-heçə

16:50 - 26 Oktyabr 2020

Moldova çempionatında XVI turun oyunları keçirilib. 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” səfərdə “Zimbru” ilə heş-heçə edib - 0:0.

Gənclərdən ibarət millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib.

16 turdan sonra 20 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti