Canni De Byazi: "Bu komandanın potensialı var"

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Millətlər Liqasının VI turunda Lüksemburqla matçdan (0:0) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, 64 yaşlı mütəxəssis deyib:

“Bizim üçün vacib oyun idi. Çətin olacağını bilirdik. İlk hissədə rəqibin qol vurmaq şansları oldu. Qapıçımıza təşəkkür edirik, bizi real qoldan xilas etdi. Bədavi Hüseynovun zədələnməsi oyun planımızı pozdu. Onun əvəzlənməsindən sonra oyun planımız dəyişdi. Daha yaxşı oyun nümayiş etdirmək istəyirdik. Texniki və taktiki cəhətdən daha yaxşı oynaya bilərdik. Bunun üçün imkanlarımız vardı.

COVID-19 pandemiyası planlarımızı pozdu. Qrupun ilk oyununa daha yaxşı hazırlaşa bilmədik. Bu komandanın potensialı var. Futbolçuları inandırmalı və onlarda qalib psixologiyasını formalaşdırmalıyıq. Düzgün yolda olduğumuzu düşünürəm. Nizam-intizamı olan və yeri gələndə aqressiv futbol oynamağı bacaran komandamız var.

Mart ayınadək rəsmi oyunlar yoxdur, rəhbərliklə danışmalıyq. Bəzi təşkilatı işlər görüldükdən sonra yanvar ayının sonu fevralın əvvəlində təlim-məşq toplanışı və iki yoxlama oyunu keçirməyi planlaşdırırıq”.

Tarix: 18 Noyabr [02:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2020
1  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio