"Qarabağ" yenə 6 qolla qalib gəldi

17:52 - 21 Noyabr 2020

Azərbaycan Premyer Liqasında X tura start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.

Sportal.az xəbər verir ki, tura "Sabah" - “Səbail" oyunu ilə start verilməsi planlaşdırılsa da, bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün matç qeyri-müəyyən vaxta təxirə salınıb.

Günün yeganə görüşündə son çempion "Qarabağ" öz meydanında lider "Sumqayıt"ı sınağa çəkib. Rəqibini 6:1 hesabı ilə məğlub edən Aödam klubu vahid lider olub.

"Qarabağ" bundan öncəki iki turda "Keşlə"ni 6:1, "Neftçi"ni 6:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
X tur

21 noyabr

16:00. “Qarabağ” – “Sumqayıt” - 6:1
Qollar: 
Donald Gerye, 28, 45+1, Abdullah Zubir, 34, 90, Toral Bayramov, 54, Mahir Emreli, 75 - Tellur Mütəllimov, 87

Baş hakim: İnqilab Məmmədov.
Bakı. “Azersun Arena”.

Xəbər xətti