Millimizin üzvünün çıxış etdiyi klubun baş məşqçisi istefaya göndərildi

10:22 - 21 Noyabr 2020

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya Jijkov” klubunda baş məşqçisi dəyişikliyi reallaşıb.  


Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Zdenek Haseklə yollarını ayırıb. Uğursuz çıxışların ardından 52 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.  


Komanda Zdenek Hasekin köməkçisi vəzifəsində çalışan David Vavruskaya tapşırılıb. O, qış fasiləsinə qədər müvəqqəti olaraq Praqa klubunun baş məşqçisi vəzifəsində çalışacaq. 


Qeyd edək ki, “Viktoriya Jijkov” 7 turdan sonra 12 xal toplaya bilib və turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.  

Xəbər xətti