"Qarabağ" qrupda qaldı - YENİLƏNİR

23:47 - 26 Noyabr 2020

Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İstanbulda “Sivasspor”u qəbul edib. İlk üç qarşılaşmada uduzan Ağdam klubu 1/16 final şansını saxlamaq üçün qalib gəlməli idi. Ancaq təmsilçimiz iki dəfə hesabda önə çıxsa da, sonra məğlubiyyətlə üzləşməli olub - 2:3.

Qrupun digər oyununda "Makkabi" (Tel-Əviv) "Vilyarreal"ı qəbul edib. Matçda qalib müəyyənləşməyib.

Bu nəticələrdən sonra 4 matçda xal qazana bilməyən "Qarabağ" növbəti mərhələ şansını itirib.

Avropa Liqası
Qrup mərhələsi

IV tur

21:55. “Qarabağ” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) - 2:3
Qollar:
 Abdullah Zubir, 8, Uroş Matiç, 51 - Aruna Kone, 40 (pen.), 79, Kayode, 59

Baş hakim: Yakob Kehlet (Danimarka)
İstanbul. "Başakşəhər" Fatih Terim Stadionu

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

Sportal.az xəbər verir ki, azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İstanbulda “Sivasspor”u qəbul edəcək. İlk üç qarşılaşmada uduzan Ağdam klubu 1/16 final şansını saxlamaq üçün qalib gəlməlidi.

Qrupun digər oyununda "Makkabi" (Təl-Əviv) "Vilyarreal"ı qəbul edəcək.

Avropa Liqası
Qrup mərhələsi

IV tur

21:55. “Qarabağ” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) - 2:2

Qollar: Abdullah Zubir, 8, Uroş Matiç, 51 - Aruna Kone, 40 (pen.), 79, Kayode, 58


Baş hakim: Yakob Kehlet (Danimarka)
İstanbul. "Başakşəhər" Fatih Terim Stadionu

Xəbər xətti