Yunis Hüseynov: "Hakim səhvləri qələbəmizin qarşısını aldı"

16:55 - 29 Noyabr 2020

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XI turunda "Sabah"la oyunu şərh edib.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Maraqlı oyun oldu, komandamız yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq. İkinci hissədə azlıqda qalsaq da, komandamız xarakter göstərdi. İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi və düşünürdüm ki, qırmızı vərəqə olacaq. 4 futbolçumuz koronavirusa görə oyunu buraxırdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı".

Xəbər xətti